Gürcüstan və Ukrayna vətəndaşları narkotiklə tutuldular

Gürcüstanda külli miqdarda narkotik vasitə ələ keçirilib. Saxlanılanlar arasında üç Gürcüstan və bir Ukrayna vətəndaşı da var.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Tiflis polis departamentinin direktoru Vaja Siradze brifinqdə bildirib.

Tiflis və Acarıstanda polis 3 kiloqrama yaxın metadon, satış üçün qablaşdırılan 32 bağlama müxtəlif növ narkotik vasitə və 140 psixotrop tablet müsadirə edib. Üç Gürcüstan vətəndaşı əvvəllər məhkum olunublar. Saxlanılanların hamısını 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Stopnarkotik.az