Gürcüstan səhiyyəsindən mütərəqqi addım: dövlət proqramı genişlənir

Gürcüstan Səhiyyə Nazirliyi nadir xəstəliklərin müalicəsi üzrə dövlət proqramını genişləndirir.

Stopnarkotik.az xəbər verir ki, indi gürcü dövləti kistik fibrozlu xəstələr üçün inhalyasiya dərmanları, antibiotiklər, vitaminlər və digər dərmanlar alacaq, həmçinin onların stasionar müalicəsinə ayrılan vəsaiti artıracaq.

Ölkənin səhiyyə naziri Mixeil Sarjveladze qeyd edib ki, xəstələrin ehtiyacları nəzərə alınmaqla proqrama dəyişikliklər edilib və onların ailə üzvləri ilə müntəzəm ünsiyyət əsasında edilib. 

Stopnarkotik.az