Gürcüstan Narkotiklərə qarşı Avropa Koalisiyasının yaradılması haqqında bəyannamə imzalayıb

Gürcüstanın baş naziri Fransanın təşəbbüsü ilə Narkotiklərə qarşı Avropa Koalisiyasının yaradılması haqqında bəyannamə imzalayıb. 

Stopnarkotik.az xəbər verir ki, İrakli Kobaxidze Kopenhagendə Avropa İttifaqının 7-ci Sammiti çərçivəsində keçirilən tədbirdə iştirak edib. Bu barədə hökumət administrasiyası məlumat yayıb.

Orada Kobaxidze  hökumətin narkomaniyaya qarşı sərt siyasətini vurğulayıb və qeyd edib ki, son aylarda ölkədə xüsusilə külli miqdarda narkotik vasitə müsadirə edilib, eləcə də onlarla iri narkotik alverçisi həbs edilib. 

Stopnarkotik.az