Gürcüstan məhbus sayına görə ön yerə çıxır

Gürcüstanda məhbusların sayı artmaqda davam edir.

Stopnarkotik.az xəbər verir ki, "Sakstat"ın rəqəmlərinə görə, mayın 1-nə həbsxanalarda 9,1 min nəfər var ki, bu da bir ay əvvəlki ilə müqayisədə təxminən 200 nəfər çoxdur. Məhkumların 40%-dən çoxu Rustavidəki iki həbsxanada, daha 14,9%-i Tifisdə cəza çəkir. Mövcud 14 cəzaçəkmə müəssisəsi 74,5% doludur. 79 nəfər yetkinlik yaşına çatmayan və 70 yaşdan yuxarı 78 nəfər cəza çəkir. Bundan başqa, məhbusların əksəriyyəti kişilərdir, həmçinin həbsxanalarda 402 qadın, o cümlədən 110 əcnəbi var. 1,8 min nəfər hökm gözləyir və həbsxanalarda 1,1 minə yaxın əcnəbi var. 

Stopnarkotik.az