Gürcüstan çətənə yetişdirməyə görə həbs cəzasını bərpa etdi.
Çətənəni leqallaşdırmağa görə, Qafqazda ilk addımı Gürcüstan atmışdı. Gözlənilən o idi ki, ölkə liberal narkosiyasət yeritməyə davam edəcək. Amma marixuanaya liberal münasibətin nəticəsi narkomaniyanın tüğyan etməsi oldu. Bu səbəbdən Gürcüstan narkosiyasət qanununu sərtləşdirmən qəbul etdi. Belə ki, parlament çətənə becərilməsinə görə cəzanı sərtləşdirən düzəlişləri birinci oxunuşda təsdiqləyib. Əsas yenilik isə əvvəllər Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş cinayət məsuliyyətinin qaytarılmasıdır.
İndi çəkisi 10 qramdan çox olan çətənənin qanunsuz becərilməsinə görə nəinki cərimə, həm də 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bir qrup şəxs tərəfindən və ya dəfələrlə külli miqdarda becərilməyə görə - 4 ildən 6 ilədək həbs nəzərdə tutulub.
Xüsusilə külli miqdarda və ya mütəşəkkil dəstə tərəfindən marixuana becərməyə görə 6 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
Əgər şəxs ilk dəfə 10 qrama qədər çətənəni, 5 qrama qədər qurudulmuş marixuananı, 10 qrama qədər yaş çətənəni alıbsa, ilk dəfə saxlayıbsa və daşıyıbsa, o, inzibati məsuliyyətə cəlb olunur. Təkrarlanan hərəkətlər cərimə, ictimai işlər və ya bir ilədək həbslə cəzalandırılır.
Cinayət əməli olan 10 qramdan 155 qrama qədər çətənə, 5 qramdan 70 qrama qədər qurudulmuş marixuanaya görə və 10 qramdan 155 qrama qədər xam çətənənin alınmasına və saxlanmasına görə isə 6 illik həbs cəzası nəzərdə tutulur. Bu sadalanan miqdarın qeyri-qanuni istehsalın, ötürülməsi və daşınması isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
155 qramdan 750 qrama qədər çətənə, 70 qramdan 250 qramadək qurudulmuş marixuana və 140 qramdan 500 qramadək xam marixuananı əldə etməyə və saxlamağa görə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə müddəti nəzərdə tutulur. Bu sadalanan miqdarın istehsal və ya daşınmasına, 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.
Xüsusilə külli miqdarda əldə edilməsinə və saxlanmasına gəlincə, təqsirləndirilən şəxs 8 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Stopnarkotik.az