"Gürcüstan “3+3” formatında iştirak etməyib və etməyəcək" - NAZİR

Gürcüstanın "3+3" platforması ilə bağlı mövqeyi birmənalıdır: ölkə bu formatda iştirak etməyib, etmir və etməyəcək.

Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin İctimai kanalının efirində deyib.

O, Gürcüstanın qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli formatlarda çox yaxşı münasibətlərinin və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.