Milli təhlükəsizlik məsələləri üzrə tanınmış gürcü eksperti, siyasi elmlər doktoru və professor Vaxtanq Maisaya vəziyyəti Azərbaycan TIR-larının Gürcüstanda qalmasına münasibət bildirib:
“Deməliyəm ki, mən də hökumətimizin və ümumiyyətlə rəsmi strukturların mövqeyindən çox təəccüblənirəm. Hazırda qonşularımıza və Gürcüstandan tranzit keçən ölkələrin nümayəndələrinə qarşı formalaşan etinasız münasibət ciddi narahatlıq doğurmalıdır. Bu, artıq Gürcüstanın milli təhlükəsizliyinə təhdid kimi qəbul edilə bilər.
Mən şəxsən nə baş verdiyini və tranzit potensialımızdan istifadə edənlərə qarşı niyə belə qəribə münasibətin yarandığını anlamağa çalışıram. Çox güman ki, biz xüsusi, kobud davranışla qarşılaşırıq. Lakin ümumilikdə Gürcüstan Zəngəzur Dəhlizi təşəbbüsünü dəstəkləyir - mən bununla tamamilə razıyam. Regionumuzun tranzit marşrutları nə qədər çox olarsa, beynəlxalq arenada bir o qədər güclü olar və Gürcüstan, Azərbaycan və Ermənistanın beynəlxalq çəkisi də bir o qədər qalxar. Mən yalnız narahatlığımı ifadə edə və bu məsələnin mümkün qədər qəti qoyulmasında israr edə bilərəm - nə baş verdiyini və niyə baş verdiyini öyrənməliyik".
Stopnarkotik.az