GÜN ƏRZİNDƏ AŞKAR OLUNAN NARKOTİKLƏRLƏ BAĞLI AÇIQLAMA... - Rəsmi

Mayın 23-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə, həmçinin 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
  
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilib.