Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 26-da ümumi çəkisi 6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3 kiloqramdan artıq heroin, 3 kiloqrama yaxın metamfetamin, həmçinin 58 ədəd metadon həbi olub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.