Oktyabrın 8-də ümumi çəkisi 23,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ələ keçirilib.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.
Stopnarkotik.az