Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deport edilib.
Stopnarkotik.az Gununsesi.info-ya istinadla xəbər verir ki, sabiq deputatı hava limanında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları qarşılayıb.
Gültəkin Hacıbəyli DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev işi” çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb.