Göygöldə dələduzluq: onlayn yolla “İphone” udan şəxsin pulunu mənimsədilər

Göygöl rayonunda dələduzluq halı baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, rayon sakininə “İnstagram”da “Təbriklər, siz "İphone 13 Pro-max" udmusunuz. Çatdırılma üçün 470 manat ödəyin” məzmunlu mesaj gəlib. Vətəndaş C. Z həmin məbləği terminaldan ödəyib, amma telefonu əldə edə bilməyib. Mesaj müəllifləri təkrarən onun 250 manat ödəməli olduğunu bildiriblər. Onlar həmin məbləği də onlayn yolla əldə edib və yoxa çıxıblar.

Dələduzluqla üzləşən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edib.

Faktla bağlı araşdırmalara başlanıb.