Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Şöbənin Cinayət axtarışı bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram İsgəndərov rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki çantadan 1 ədəd atəşə yararlı avtomat, həmin silaha aid daraq və 5 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.