Göygöldə ölümə nəticələnən yol qəzası baş verib.
Stopnarkotik.az xəbər verir ki, rayon ərazisində "Lada" və "Opel" markalı maşınlar toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, 2006-ci il təvəllüdlü Ramal Qurbanzadə hadisə yerində ölüb.
2006-cı il təvəllüdlü E.Ələkbərov, 2006-cı il təvəllüdlü F Məhərrəmov, 2006-cı il təvəllüdlü H.Huseynov, 1984-ci il təvəllüdlü X.Rzayev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bilidirilib ki, oktyabrın 25-də saat 08:00-da Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi yardım göstərilib. Onların hər biri ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.