Göyçaydakı dəhşətli qəzanın TƏFƏRRÜATI - Bir maşın vurdu, digəri üstündən keçdi

Göyçayda piyadanın ölümü ilə nəticələnən qəzanın yeni detalları məlum olub.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində Yasin Yaqubov idarə etdiyi VAZ markalı avtomobillə yolu keçən piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.

Piyada zərbənin təsirindən yolun əks istiqamətinə yıxılıb və hərəkətdə olan "Opel" markalı avtomobil onun üzərindən keçib.

E.Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

*** 00:36

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bugün saat 22 radələrində Göyçay şəhəri ərazisində qeydə alınıb./oxu.az