Göyçayda şəhid ailələri ziyarət olunub - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların ailələrini ziyarət ediblər.

Stopnarkotik.az xəbər verir ki, ziyarət zamanı şəhidlərimizin  keçdiyi şərəfli döyüş yolu xatırlanıb, Vətən müharibəsində nümayiş etdirdikləri qəhrəmanlıqlardan və  qələbə əzmindən danışılıb.

Həmçinin, polislər ailələrin qayğıları ilə maraqlanıb, bayram sovqatlarını onlara təqdim ediblər.

**

Stopnarkotik.az