Ermənistanda əsirlikdə olan bir qrup azərbaycanlının videosu yayılıb. Görüntülər 90-cı illərə aid olsa da, keyfiyyətlidir. Bu baxımdan, onları tanıyanlar və sağ qalan yaxınları bu kadrlardakı soydaşlarımızın kimliyini müəyyən edə bilərlər.
Qeyd edək ki, 3800-dən çox soydaşımız erməni əsirliyindən sonra yoxa çıxıb və bugünə qədər də onların öldüsü-qaldısı bilinmir. Bu cür video lentlərin əhəmiyyəti son dərəcə böyükdür.
Bəs görüntüləri yayılan şəxslər əsrlikdən azad olunublarmı? Məsələ ilə bağlı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından News24.az-a bildirildi ki, ümumiyyətlə, sosial şəbəklərdə görüntüləri yayılan şəxslərin hamısı bu gün azadlıqdadır:
“Həmin görüntülər çox güman ki, l Qarabağ müharibəsinə aid kadrlardır. Həmin dövrdə əsir götürülmüş vətəndaşlarımızın hamısı müvəffəqiyyətlə azadlığa çıxarılıb. Eyni zamanda Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının axtarışlarının davam etdirir".