Goranboyda TƏƏCCÜBLÜ HADİSƏ - Oğrunu söyən qonşular HƏBS EDİLDİ

Goranboy rayonunun Qaradağlı kənd sakinləri həbs edilib.

Stopnarkotik.az qaynarinfo-ya istinadla xəbər verir ki, onların həbs edilməsinə səbəb qonşu evdə baş verən oğurluq hadisəsi ilə bağlı olub.

Belə ki, 2005-ci il təvəllüdlü Vüsal Zamanov və Nurlan Məmmədov qonşuluqdakı evdən oğurluq olan zaman nə baş verdiyini anlamaq üçün ora yaxınlaşıblar. Bu zaman hər iki şəxs polis tərəfindən dindirilib. Polis əməkdaşları onları sorğu-sual etməyə başlayanda isə əsəbi halda oğurluq edənin ünvanına uca səslə söyüşlər söyməyə başlayıblar.

Polislər təqsirləndirilən şəxsləri intizama dəvət etsələr də, onlar əsəbi olduğundan tabesizlik göstərməyə başlayıblar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vüsal Zamanov və Nurlan Məmmədov 10 gün müddətinə inzibati həbs ediliblər.