Goranboyda qadın iynədən şoka düşərək öldü

Goranboyda məcburi köçkünlər üçün tikilən binalardan birində ölüm faktı qeydə alınıb.

Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Xocalı rayonundan olan məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

Belə ki, tibb bacısı olan qonşu Aynur Cəfərova adlı qadına iynə vurub və qadının halı pisləşib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qadının iynədən şoka düşdüyü ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.