Gömrükdən külli miqdarda elektron siqaret keçirməyə cəhd etdilər... - FOTO

Xaçmaz Gömrük idarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən müxtəlif adda mallar aşkar edilib. 

Stopnarkotik.az xəbər verir ki, Rusiya Federasiyasından gələn nəqliyyat vasitəsinə "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttində gömrük yoxlaması keçirilib. 

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı ehtiyat təkərlərin içərisindən, gömrük nəzarətindən gizlədilən 1066 ədəd müxtəlif markalı elektron siqaretlər üçün maye, ümumi həcmi 7,1 litr olan müxtəlif markalı spirtli içkilər və digər mallar aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.