Gömrük əməkdaşları 100 kq-a yaxın həşişin Avropadan Belarusa keçrilməsinin qarşısını alıb. Narkotikin böyük partiyasının daşınmasını litvalılar və belaruslar əvvəlcədən razılaşdırılaraq təşkil ediblər.
Narkotik 180 vakuum bağlamaya yerləşdirilərək Litvalı narkotik daşıyana aid yük maşınının döşəmə panellərinin altındakı boş yerdə gizlədilib.
Həşişin yeri Qrodno gömrükçüləri tərəfindən “Kamennıy Log” keçid məntəqəsində müəyyən edilib və narkotik gizlədilmiş nəqliyyat vasitəsi “konsentratlaşdırılmış armud püresi” yükü daşıyırmış kimi rəsmiləşdirilməyə gəlib.
Avtomobilə baxış keçirmək üçün yoxlama-axtarış kompleksindən istifadə edilib, skanoqramma vasitəsi ilə əlavə qoşmalar quraşdırılıb.
Belarus Respublikası Dövlət Məhkəmə Ekspertizası Komitəsinin Qrodno vilayəti üzrə idarəsinin ekspertləri tərəfindən aparılan araşdırma nəticəsində yükün həşiş olduğu təsdiqlənib.
Qrodno gömrükçüləri əməliyyatçılar və Vitebsk gömrükləri ilə birgə əməliyyat-istintaq tədbirləri kompleksinin həyata keçirilməsi zamanı Dövlət Gömrük Komitəsi tərəfindən cinayətkar qrupun təşkilatçıları olan iki litvalı müəyyən edilib. Belaruslular da saxlanılaraq nəzarətə götürülüb.
Faktla bağlı Qrodno regional gömrüyü Belarus Respublikası Cinayət Məcəlləsinin 328-1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açıb. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Stopnarkotik.az






