Göbələkdən zəhərlənib öldü - FOTO

Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.

Hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədov göbələk yedikdən sonra halı qəfil pisləşib.

O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.