Tovuz rayon Köhnəqala kənd orta məktəbində şagirdlərə narkotikin zərərləri haqda məlumat verilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə polis əməkdaşları ilə yanaşı, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Görüş zamanı gənclərin zərərli vərdişlərdən uzaq olması, sağlam həyat tərzinin təşviqi, həmçinin erkən nikah və dini radikalizmin fəsadları barədə geniş məlumat verilib.
Çıxış edən Tovuz RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov bu cür maarifləndirici tədbirlərin gənclərin düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
"Gəncləri zərərli vərdişlərdən qorumaq, sağlam düşüncə ilə böyümələrinə dəstək olmaq bizim əsas vəzifəmizdir", - deyə polis polkovniki bildirib.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.
Stopnarkotik.az
