Gəncədə təmir gedən binaya quraşdırılan konstruksiya aşıb, bir nəfər xəsarət alıb

Gəncədə təmir gedən binaya quraşdırılan dəmir konstruksiya küçəyə aşıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. 5 mərtəbəli yaşayış binasının fasad hissəsinin təmir olunması ilə bağlı dəmir konstruksiya quraşdırılıb. Dəmir konstruksiyanın küçəyə aşması nəticəsindən ərazidən keçən 1971-ci il təvəllüldü S.Məmmədova qolundan xəsarət alıb.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.