Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşdu: YARALILAR VAR

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan 1 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin avtobusu ilə "Toyota" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.