Gəncədə qaz balonu partladı - İKİ QARDAŞ YARALANDI

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb.

Stopnarkotik.az "report"a istinadən xəbər verir ki, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.