Gəncədə parkda meyit tapılıb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev park kompleksində qeydə alınıb.
Şəhər sakini 20 yaşlı C.Abbasovun meyiti park ərazisindən sakinlər tərəfindən aşkarlanıb. Onun hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.