Gəncədə İNTİHAR: 45 yaşlı kişi özünü asdı

Gəncədə intihar hadisəsi olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

45 yaşlı S.İmanov yaşadığı evin həyətində özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Mərhumun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.