Gəncədə DƏHŞƏT: Gənc qız narkozdan şoka düşərək dünyasını dəyişdi

Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynalxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə elə oradaca dünyasını dəyişib.

Stopnarkotik.az "teleqraf.az”a istinadən xəbər verir ki, gənc qız narkozdan sonra allergik şok keçirib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayırdı.