Gəncədə bu gün ərzində piyadanın vurulması ilə nəticələnən ikinci yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 6 yaşlı A.Əlizadə yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub.
6 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az