Gəncədə avtomobil aşdı: ÖLƏN VAR

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətədə olan "Naz Lifan" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2002-ci il təvəllüdlü Elnur Ağayev hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.