Gəncədə ailə-məişət zəminində cinayət hadisəsi baş verib

Gəncədə ər arvadını bıçaqlayıb. Stopnarkotik.az bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1987-ci il təvəllüdlü İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az