Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisəni törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov anasını öldürdüyü üçün 15 il azadlıqdan məhrum edilib və 7 ay əvvəl cəzası başa çatdığından azadlığa çıxıb.
Bundan başqa, qətlə yetirilən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirməkdə təqsirli bilinən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış.
Məlumatlara görə, qətlə səbəb isə Hüseyn Abbasovun müğənni bacısından pul tələb etməsi olub. Səbinə Abbasova qardaşına pul verməkdən imtina edib. Bu səbəbdən Hüseyn Abbasov bacısını həyətə çağıraraq bıçaqla zərbələr vuraraq öldürüb.
Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub./apa
***09:24
Kəlbəcər Rayon Polis Şöbəsinə Gəncə şəhər ərazisindəki yataqxanaların birində bir nəfər qadına kəsici-deşici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib və sonuncu xəstəxanaya aparılan zaman ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır
***08:42
Gəncədə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Kəlbəcər Rayon Prokurorluğu məlumat yayıb.
Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.