Gəncə şəhərində dilənçilərlə bağlı reyd keçirilib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilıən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin keçirdiyi tədbir zamanı şəhər ərazisində dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb.
Polis şöbələrinə aparılan şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.