Gəncədə 22 yaşlı gəncin asılmış meyiti tapıldı

Gəncədə intihar hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış binasının birinin qarşısında qeydə alınıb.

Belə ki 2003-cü il təvəllüdlü Ü.Əlizadə yaşadığı binada özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Gənc oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.