Gəncədə 18 yaşlı oğlan DƏM QAZINDAN ZƏHƏRLƏNDİ

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, 2006-ci il təvəllüdlü Məhəmməd İmanzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, M.İmanzadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.