Ukraynada qadın 18-ci mərtəbədən yıxılıb.
Stopnarkotik.az yerli mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Kiyevin Darnitskiy rayonunda, Revutskogo küçəsində qeydə alınıb. 33 yaşlı qadın 18-ci mərtəbənin pəncərəsindən yıxılıb.
Nəticədə o dünyasını dəyişib.
Polisin dəqiqləşdirdiyi məlumata görə, həyatını itirən qadın elə həmin binada yaşayırmış.