Gəncə Dövlət Universiteti özünə xəsarət yetirən keçmiş əməkdaşı ilə bağlı məlumat yayıb.
Universitetdən verilən məlumata görə, 11 aprel 2024-cu il tarixdə Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Məmmədova Günay Asim qızı özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib. Hadisə univeritet binasının yaxılığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, G.Məmmədova 3 il bundan öncə öz ərizəsi ilə işdən azad olunub. Öz istəyi ilə işdən ayrılsa da, G.Məmmədova dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına və Ombudsmana müraciət edib.
G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib.
Bu gün baş verən hadisənin isə GDU ilə heç bir əlaqəsi yoxdur.
***11:00
Gəncədə işdən çıxarılan qadın qolunu kəsərək özünə xəsarət yetirib.
Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə GDU-nun dəftərxanasının əməkdaşı olan G.Məmmədova xəbərsiz işdən çıxarılması səbəbindən özünə xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.