“Delta Qrup C.O.” MMC-nin rəhbəri Şabanov İlkin İmran oğlu Canahgirzadə Məhəmməd Niyaz oğlunu və onun rəhbəri olduğu Pacific Bread MMC–ni (№1 Çörək Zavodu) əmək münasibətləri ilə bağlı məhkəməyə verib.
Stopnarkotik.az "unikal”a istinadən xəbər verir ki, məhkəmə prosesinə Yasamal Rayon Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova sədrlik edir.
Xatırladaq ki, Cahangir Məhəmmədzadə 2001-2011-ci illərdə “Beynəlxalq Bank”ın Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri olub. Sonralar isə “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri və "Gilan Holding"də prezidentin müşaviri olub.
Qeyd edək ki, Cahangirzadə Məhəmməd Niyaz oğlu hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cahangirov Anar Niyaz oğlunun qardaşıdır.