General Şahin Mirzəyevin işi təftiş edilir? - AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlamalar aparılması ilə bağlı məlumatlar yayılıb.

Qeyd edilir ki, yoxlamalar nazirliyin idarələrində həyata keçirilir.

Mövzu ilə bağı Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumda heç bir yoxlama aparılmır:

"Naxçıvan Fövqəladə Hallar Nazirliyi normal rejimdə fəaliyyətini davam etdirir".

Məlumat üçün bildirək ki, Naxçıvan MR-in fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyevdir.