Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə yeni icraçı təyin olunub. Bu vəzifənin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.
Bunula bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Qeyd edək ki, A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edən hərbçilərimizdəndir. O, Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Zəfər” ordeni ilə təltif edilib.
2022-ci ildə isə General Pirverdiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
O, daha öncə Xüsusi Təyinatlı Qüvvələrin komandanının Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.