Yəmən Müdafiə Nazirliyinin Hərbi Sənayeləşdirmə İdarəsinin rəisi general-mayor Həsən bin Cəlal əl-Ubeydi Misirin paytaxtı Qahirədə öz mənzilində ölü tapılıb.
General əlləri qandallanmış və bir neçə dəfə bıçaqlanmış vəziyyətdə aşkarlanıb.
Yəmənin Qahirədəki səfirliyi Misirin paytaxtında yüksək rütbəli yəmənli hərbçinin öldürüldüyünü təsdiq edib, lakin başqa bir məlumat verməyib.