Gecə klubunda atışma - Ölən və yaralananlar var

Türkiyənin Bursa şəhərinin Nilüfər rayonundakı gecə klubunda düşən silahlı dava ölümlə nəticələnib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, silahlı dava gecə klubuna gələnlərlə mühafizəçi arasında düşüb. Hadisədə 4 nəfər yaralanıb, onlar ilkin müdaxilədən sonra xəstəxanaya çatdırılıblar. Yaralılardan biri xəstəxanada ölüb, daha bir nəfərin vəziyyəti isə ağırdır.

Telekanalın məlumatına görə, qaçan şübhəli şəxs polis əməkdaşları tərəfindən olay yerindən 500 m məsafədə yaxalanıb.

Davanın 3 nəfərin gecə klubuna girməsinin əməkdaşlar tərəfindən əngəllənməsi sonucunda düşdüyü iddia edilir.

Faktla bağlı araşdırma aparılır.