Gədəbəydə yol qəzası baş verib

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Stopnarkotik.az “Report”a istinadla bildirir ki, hadisə rayonun Zəhmət kəndi ərazisində baş verib. Qəzada "Niva" və "Toyota Prius" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 1961-ci il təvəllüdlü V.Həsənov, 1962-ci il təvəllüdlü Ə.Rzayev, X.Bayramova və 2000-ci il təvəllüdlü Ü.Hüseynov xəsarət alıb.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Hadisənin səbəbləri araşdırılır. 

Stopnarkotik.az