Gədəbəydə qonşular arasında dava - ARAŞDIRMA APARILIR

Gədəbəydə qonşular arasında dava olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Stopnarkotik.az-a bildirib ki, Gədəbəy rayon Slavyanka kənd sakini S. Abbasova, İ. Ələkbərova və E. Abbasovun qonşuları tərəfindən döyülməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı məlum ki, həmin şəxslərə qonşuları 1991-ci il təvəllüdlü Fərhad Alıyev, 1995-ci il təvəllüdlü Murad Alıyev şəxsi münasibətlər zəmnində əlbəyaxa dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Məsələ ilə bağlı müvafiq ekspertiza təyin olunub, hazırda Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.