Fəzail Ağamalı və deputat qızı məhkəməyə verildi - KREDİT QALMAQALI

Sabiq deputat Fəzail Ağamalı və ailəsi məhkəməyə verilib.

Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, buna səbəb kredit borcudur.

Belə ki, “Agricola” şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəblə Aqrarkredit QSC əsas borclu olan “Agricola” şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı hazırkı deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.

Aqrarkredit QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.