Əfv olundular, yenidən tutuldular, həbsdə öldülər

Azərbaycanda daha iki məhkum həbsdə ölüb. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkumlar - Asim Rasim oğlu Tağızadə və Qorxmaz Urxan oğlu Məmmədov dünyasını dəyişiblər. 

Qeyd edək ki, adıçəkilən şəxslər bundan əvvəl də həbsdə yatıblar. 

 Asim Tağızadə 2019-cu ildə, Qorxmaz Məmmədov isə 2021-ci ildə əfv ediliblər. 

Əfv edildikdən sonra onlar yenidən cinayət törətdikləri üçün həbs olunublar.