Əfvə düşən məhkum Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Əliyev Azər Əzizağa oğlu dünyasını dəyişib. 

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, A.Əliyev əvvəllər də həbsdə yatıb. O, bir neçə il əvvəl əfv olunubmuş. 

A. Əliyev azadlığa çıxandan sonra yenidən tutulub.