Füzuliyə yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olundu - FOTO / YENİLƏNİB - 2

Füzuliyə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdim olunması mərasimi keçirilib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 562 ailə, 2122 nəfərin daimi məskunlaşması təmin edilib.

*** 

12:20

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb

Martın 15-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Stopnarkotik.az xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 562 ailə, 2122 nəfərin daimi məskunlaşması təmin edilib.

**

*** 

08:21

Füzuli şəhərinə 35 ailəlik köç karvanı yola düşüb 

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

    Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 15-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 562 ailənin, yəni 2122 nəfərin daimi məskunlaşması təmin edilib.
    **
    ***

    Bu gün Füzuli şəhərinə növbəti köç yola salınır.

    Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, daha 35 ailə (153 nəfər) Füzuli şəhərinə köçürüləcək.

    Ümumilikdə Bakı şəhərindən – 22 ailə (90 nəfər); Sumqayıt şəhərindən – 5 ailə (20 nəfər); Füzuli rayonundan – 4 ailə (24 nəfər); Beyləqan rayonundan – 2 ailə (12 nəfər); Abşeron rayonundan – 1 ailə (4 nəfər); İmişli rayonundan – 1 ailə (3 nəfər) köçürülür.

    Bununla da bugünkü köç nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 562 ailə (2120 nəfər) köçürülmüş olur.