Füzuli sakini odlu silahını polisə təhvil verdi - FOTO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib. Bu istiqamətdə tədbirlər davam edtirilir.

Stopnarkotik.az